Mekteblere qadağa
29 May 2013 Çərşənbə 12:16
Mekteblerde çips, qazlı suların satışı qadağan olunacaq.
Azərbaycanda təhsil müəssisələrində uşaq orqanizmi üçün zərərli məhsullar müəyyənləşdiriləcək və satışına qadağa qoyulacaq. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib.
Həsənov deyib ki, standartlara uyğun olaraq, uşaq orqanizmi üçün zərərli məhsullar müəyyənləşdiriləcək və onların satışına qadağa qoyulacaq:
"Hələlik bu məhsulların adlarını sadalamaq düzgün olmazdı. Ancaq hamımızın bildiyi məhsullar var ki, onlar zərərlidir. Bunların sırasında çips, qazlı suları qeyd etmək olar".
Həsənovun sözlərinə görə, təhsil müəssisələrinin yeməkxanaları ilə bağlı standartlar artıq hazırlanıb. O qeyd edib ki, standartlar ən müasir tələblərə cavab verir və onların tətbiqinin tarixi Təhsil Nazirliyi ilə müəyyənləşdiriləcək.
DOSTLARINLA PAYLAŞ: