Məktəb direktoru cəzalandırıldı
10 Dekabr 2009 Cümə Axşamı 10:55
Məktəb direktoru cəzalandırıldı. 151 saylı məktəbin direktoruna sonuncu xəbərdarlıq edilib və şiddətli töhmət verilib.
Noyabr ayında Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə 27 müraciət daxil olub. Müraciətlərin əksəriyyəti (17-si) sorğu, məlumat və anonim xarakterlidir. Onlardan 18-i Ba­­­kı şəhərinin ümumtəhsil məktəb­lərindən olub. Sor­ğu­lar əsasən olimpiadaların keçirilməsi, imta­hanlara hazırlıq, uşaq bağ­­çaları, müəllimlərin işə qəbulu ilə bağ­­lı­dır. Şikayətlər isə da­ha çox mək­təblərin istilik sistemi ilə təchizatı barədədir.

Nazirlikdən verilən məlumata görə, “Qaynar xətt” xidmətinə daxil olan bütün müraciətlər araş­dırılıb, müvafiq tədbirlər görülüb və müraciət müəlliflərinə cavab verilib. Eyni za­man­­da noyabr ayında “Qaynar xətt” xidmətinə daxil olan çox­saylı sorğular Nazirli­yin əməkdaşları tərəfindən cavablandırılıb.

Qeyd edək ki, ötən ay ərzində “qaynar xətt” xidmətinə 151 saylı orta məktəbdə məktəbli for­masının məcburi şəkildə satılması ilə bağlı iki anonim şikayət daxil olub. Şikayət edən valideynin kimliyi müəyyənləşdirildikdən sonra məktəbdə araşdırma aparılıb və şi­ka­yətin doğru olduğu aydınlaşdırılıb. Bununla bağlı məktəbin direktoruna Bakı Şə­həri üzrə Təh­sil İdarəsi tərəfindən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

"Qaynar xətt"in telefon nömrələri 496-34-82; 496-37-61; faks: 496-37-61; e-mail ünvanı: [email protected] ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar