Meksikalılar Azərbaycan Dillər Universtitetində olublar
08 Sentyabr 2010 Çərşənbə 17:25
Meksikalılar Azərbaycan Dillər Universtitetində olublar. Təhsil sahəsində bir sıra əməkdaşlıq məsələləri müzakirə olunub.
Bu gün Meksika Birləşmiş Ştatlarından olan nümayəndə heyəti Azərbaycan Dillər Universtitetində olub. Azərbaycan Dillər Universtitetinin (ADU) mətbuat xidmətindən verilən məlumata görə, nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri çərçivəsində baş tutmuş görüş zamanı təhsil sahəsində bir sıra əməkdaşlıq məsələləri, o cümlədən ADU ilə Meksika universitetləri arasında əməkdaşlığın yaradılması imkanları müzakirə olunub. Nümayəndə heyətinin üzvü Fernando Silva Nieto Meksika universitetləri ilə ADU arasında xüsusilə dilçilik sahəsində münasibətlərin qurulmasında maraqlı olduqlarını qeyd edib.

Görüşdə çıxış edən Azərbaycan Republikasının Meksika Birləşmiş Ştatlarındakı fövqəladə və səlahiyyətli səfiri İlqar Muxtarov universitetlərarası əlaqələrin təhsil sahəsində əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayacağını deyib. Müzakirələr gələcəkdə əməkdaşlığın qurulması və birgə layihələrin həyata keçirilməsi barədə qarşılıqlı razılaşma ilə bitib.

Qeyd edək ki, görüş cari ilin 4 -11 sentyabr tarixlərində Meksika Birləşmiş Ştatlarından olan nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri çərçivəsində baş tutub. Nümayəndə heyətinin tərkibinə müxtəlif siyasi və ictimai dairələri təmsil edən şəxslər, həmçinin bir sıra nüfuzlu iş adamları daxildir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar