MDB ölkələrinin universitetlərinin reytinqi açıqlandı
29 Mart 2014 Şənbə 12:41
MDB ölkələrinin universitetlərinin reytinqi açıqlanıb. Siyahıya Moskva Dövlət Universiteti başçılıq edir.
ANS PRESS-in məlumatına görə, "Ekspert RA" şirkəti tərəfindən hazırlanan siyahıya M.V.Lomonosov adına Moskva Dövlət Universiteti başçılıq edib.

MDB ölkələrinin ali məktəblərinin reytinqinə əsasən Moskva Dövlət Universiteti öz göstəricilərinə ən yaxın rəqibləri xeyli qabaqlayıb. Rusiyanın bu aparıcı ali məktəbi stabil olaraq hər il universitetlərin beynəlxalq reytinqlərinə düşür və Rusiyanın ən yaxşı ali məktəblərinin reytinqlərində də birinci yeri tutur.

Reytinq siyahısının hazırlanmasında təhsil keyfiyyətinin qiymətləndirilməsi əsas rol aynayır. Ümumilikdə siyahıya Rusiya, Ukrayna, Azərbaycan, Qazaxıstan, Belarusiya, Moldaviya, Özbəkistan və Qırğızıstanı əhatə edən 153 ali məktəb daxil edilib.

Reytinq siyahısına görə, MDB ali məktəblərinin ən yaxşı universitetlərinin 80%-i Rusiya və Ukraynadadır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar