Mayın 2-də magistraturaya imtahan olacaq
07 Aprel 2010 Çərşənbə 12:05
Mayın 2-də magistraturaya imtahan olacaq. Gələn həftədən isə sənəd qəbulu başlayır.
Gələn ayın 2-də ali məktəblərin magistratura pilləsinə qəbul imtahanlarının ilk mərhələsi olacaq. Gələn həftədən isə 2010/2011-ci tədris ili üçün ali məktəblərin magistratura pilləsinə sənəd qəbulu başlayacaq. TQDK sədri Məleykə Abbaszadə sənəd qəbulunun aprel ayının 19-dək davam edəcəyini açıqlayıb.
Qəbul imtahanlarının ikinci mərhələsi isə iyunun 20-də keçiriləcək. Bakalavrların ixtisas seçimi iyunun 22-dən 25-dək aparılacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar