Mahmud Kərimov: "AMEA-da ixtisarlar olacaq"
15 Aprel 2011 Cümə 13:35
Mahmud Kərimov: "Elmin idarə olunmasında, kadrların hazırlanmasında müəyyən dəyişikliklər olacaq".
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) ixtisarlar olacaq. ANS TV-nin məlumatına görə, bu barədə AMEA-nın prezidenti Mahmud Kərimov jurnalistlərə açıqlamasında bildirib.

"Elmin idarə olunmasında, kadrların hazırlanmasında, prioritet istiqamətlərin seçilməsində müəyyən dəyişikliklər olacaq. Eyni zamanda bu sahədə YUNESKO-nun ekspertləri də cəlb olunub. Onlar da bu işdə köməklik göstərir. Müəyyən işlər gedir. Böyük ixtisarlar olmasa da, ixtisarlar olacaq. Amma hələlik biz bu məsələləri saxlamışıq", deyə M. Kərimov qeyd edib.

Bu gün Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov Rusiyanin Elmlər Akademiyasının müxbir üzvü, Moskva Dövlət Universitetinin Tarix fakültəsinin dekanı Sergey Karpova rəhbərlik etdiyi qurumun fəxri professoru adına layiq görüb və ona diplom təqdim edilib. Bundan başqa ona Tarix İnstitutunun da fəxri professoru titulu təqdim olunacaq.

Qonaq eyni zamanda Azərbaycan tarixçiləri ilə görüşərək, gələcəkdə birgə əməkdaşlıq etmək üçün danışıqlar aparib.

Qeyd edək ki, Sergey Karpovun Azərbaycan tarixçilərinin yetiştirilməsində böyük xidmətləri olub. Belə ki, Turizm Universitetinin rektoru Cəfər Cəfərov, Teleradio Şurasinin sədri Nuşirəvan Məhərrəmli, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov və bir sıra digər görkəmli şəxslər məhz onun yetişdirmələri olublar. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar