Magistrların qeydiyyat müddəti uzadılıb
13 İyul 2010 Çərşənbə Axşamı 11:25
Bakalavrlar iyulun 19-dək qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçə bilərlər.
2010/2011-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olanların qeydiyyat müddəti uzadılıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi saytında yer alan məlumata görə, magistr adı qazanan bakalavrlar iyulun 19-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçə bilərlər. Bakalavrın göstərilən müddətdə qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək. Bu da onların qəbul olanlar siyahısından xaric edilməsi ilə nəticələnəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar