Magistrlar hərbi xidmətə çağırılacaq?
05 Sentyabr 2014 Cümə 12:03
Təhsil naziri Mikayıl Cabbarov magisrtartura pilləsinə daxil olan gənclərin hərbi xidmətə çağırılması məsələsinə aydınlıq gətirib.
ANS PRESS-in məlumatına görə, nazir bildirib ki, bu məsələ çox aktualdır: “Mövzu parlamentdə də müzakirəyə çıxarılıb. Burada iki həqiqət var. Birinci həqiqət ondan ibarətdir ki, biz sırf təhsil prizmasından yanaşmalıyıq. Təhsildə müəyyən fasilələrin verilməsi fəsadların yaranmasına gətirib çıxarır. Bu bir həqiqətdir. Digər həqiqət ondan ibarətdir ki, Azərbaycan müharibə şəraitindədir. Müvəqqəti atəşkəs var. Bu zaman ümummili maraq məsələsi əsas götürülməlidir. Biz bu istiqamətdə Səfərbərlik Komitəsi və Müdafiə Nazirliyi ilə işçi səviyyədə müzakirələr aparırıq. Birlikdə ümumi məxrəcə gələ biləcəyik. Bu dövlət və cəmiyyət üçün mühüm məsələdir.Dövlət orqanları bu məsələ üzərində çalışır. Əmin ola bilərsiniz ki, hərtərəfli müzakirə olunmuş bir qərar veriləcək”.
DOSTLARINLA PAYLAŞ: