Magistraturaya qebulun neticeleri
01 İyul 2013 Bazar Ertəsi 19:07
Magistraturaya qebulun neticeleri elan olundu. Müsabiqenin neticelerine esasen 5765 bakalavr respublika ali tehsil müessiselerinin magistraturalarına qebul olub
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin magistraturalarına qəbul olanların siyahısını iyulun 1-də saat 18:00-dan etibarən Komissiyanın internet saytında yerləşdirilib.

TQDK-dan ANS PRESS-ə verilən məlumata görə, bakalavrlar qəbulun nəticələri ilə bağlı məlumatı Komissiyanın rəsmi internet saytından və mobil telefondan iş nömrəsini 7727 nömrəsinə SMS-lə göndərməklə öyrənə biləcəklər.

Müsabiqənin nəticələrinə əsasən 5765 bakalavr respublika ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub. Qəbul olanlardan 3835 nəfəri ali təhsil müəssisələrinin builki məzunları, 1930 nəfəri isə əvvəlki illərin məzunudur.

Qəbul olanların 2616 nəfərini oğlanlar, 3149 nəfərini isə qızlar təşkil edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar