Magistraturaya qəbul üçün keçid balları aşağı salınıb
23 Fevral 2011 Çərşənbə 20:26
2011/2012-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbulda yenilik olacaq.
2011/2012-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbulda yenilik kimi istiqamət şifrlərindən asılı olaraq ixtisaslaşma seçimi üçün müxtəlif minimal bal tələbləri müəyyən edilib.
ANS PRESS-in məlumatına görə, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbulda bakalavrların bitirdikləri istiqamətə aid olan ixtisaslaşmalarla yanaşı başqa şifrli istiqamətə aid bəzi ixtisaslaşmaları da müvafiq proqram üzrə imtahan vermək şərti ilə seçmək imkanları nəzərdə tutulub. Bu haqda “Magistr” jurnalının 2011-ci il 3-cü sayında “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli”ndə tam məlumat veriləcək.

Ümumi balı bitirdikləri istiqamət şifri üzrə qoyulan minimal baldan aşağı olan bakalavrlar “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli”nə əsasən daha kiçik minimal bal tələbi qoyulan başqa şifrli istiqamətə aid bəzi ixtisaslaşmaları seçə bilərlər.

TQDK-nın ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elnur Nağızadə bildirib ki, İİM və HSM istiqamətlərinə daxil olan ixtisaslaşmaları (xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalar istisna olmaqla) topladığı bal 50-dən, TM, TTM, MM, TEM və ETM istiqamətlərinə daxil olan ixtisaslaşmaları topladığı bal 45-dən, ATM və HSM istiqamətlərinə daxil olan ixtisaslaşmaları topladığı bal 40-dan az olmayan bakalavrlar seçə bilərlər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar