Magistraturaya qəbul imtahanının vaxtı müəyyənləşib
11 Yanvar 2011 Çərşənbə Axşamı 18:25
Magistraturaya qəbul imtahanının birinci mərhələsi fevralın 20-də keçiriləcək.
2011/2012-ci tədris ili üçün magistraturaya qəbul imtahanına ərizə qəbulu 2011-ci il yanvarın 25-dən fevralın 7-dək aparılacaq. Bu barədə ANS PRESS-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib. Məlumata görə, qəbul imtahanının I mərhələsi 2011-ci il fevralın 20-də keçiriləcək.
Qeyd edək ki, qəbul qaydalarına uyğun olaraq imtahanın birinci mərhələsində bakalavrların ümumi intellekt səviyyəsi (məntiqi təfəkkür), xarici dil və informatika fənni üzrə bilikləri yoxlanılacaq.
Qəbulla bağlı elanın tam mətni “Magistr” xüsusi buraxılışının növbəti sayında dərc olunacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: