Magistraturaya qebul imtahanı neticeleri açıqlandı
27 İyun 2013 Cümə Axşamı 16:51
Bakalavrlar iyunun 27-dən 30-dək internet vasitəsilə ixtisaslaşma seçimini etməlidir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin magistraturalarına iyunun 23-də keçirilən qəbul imtahanlarının ikinci mərhələsinin nəticələri açıqlanıb. ANS PRESS Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasına istinadən xəbər verir ki, 2013-cü ildə magistratura səviyyəsinə qəbul 60 proqram üzrə aparılır və 6794 plan yeri ayrılıb. İmtahanda iştirak edən 11274 bakalavrdan 8996 nəfəri müsabiqə şərtini ödəyərək ixtisas seçiminə buraxılıb.

İki mərhələdə keçirilən imtahanın nəticələrinə əsasən maksimum nəticə 144 bal olub. Müsabiqə şərtlərini ödəyən bakalavrlar iyunun 27-dən 30-dək internet vasitəsilə ixtisaslaşma seçimini yerinə yetirməlidirlər.

Müsabiqəyə yalnız ixtisaslaşma seçimini edib təsdiqləyən bakalavrlar buraxılacaqlar. Qəbul aparılan ixtisaslaşmaların siyahısı “Magistr” xüsusi buraxılışının 2013-cü il 4-cü sayında təqdim olunub.

Magistraturaya qəbul imtahanının ikinci mərhələsi ilə əlaqədar bakalavrların müraciətlərinə baxılması üçün TQDK-da Apelyasiya komissiyası yaradılıb. Bakalavrlar Apelyasiya komissiyasına iyunun 27-də və 28-də şəxsən şəxsiyyət vəsiqələrini təqdim etməklə müraciət edə bilərlər.



DOSTLARINLA PAYLAŞ:

oyunlar