Magistratura imtahanları I mərhələsinin nəticəsi açıqlanıb
22 Fevral 2011 Çərşənbə Axşamı 19:31
Magistratura imtahanları I mərhələsinin nəticəsi açıqlanıb. Nəticələr TQDK-nın internet səhifəsində yerləşdirilib.
2011-2012-ci tədris ili üçün Azərbaycanın ali məktəblərinin magistratura pilləsinə qəbul imtahanlarının I mərhələsinin nəticəsi açıqlanıb. Nəticələr TQDK-nın internet səhifəsində yerləşdirilib.

Qeyd edək ki, imtahanda iştirak etmək üçün 16510 bakalavr qeydiyyatdan keçib. Onlardan 356 nəfər imtahana gəlməyib.

Qəbul imtahanlarının I mərhələsinin nəticələri ilə əlaqədar müraciətlərə 2011-ci il fevralın 23 - dən 26-dək apellyasiya komissiyası tərəfindən baxılacaq. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar