Magistratura imtahanından 13 nəfər qovulub
05 Mart 2012 Bazar Ertəsi 14:54
İmtahanda iştirak üçün sənəd verən 457 bakalavr isə imtahana gəlməyib
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası martın 4-də Bakı, Naxçıvan, Gəncə və Lənkəran şəhərlərində cari tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsini keçirib. TQDK-dan ANS PRESS-ə verilən məlumata görə, imtahan respublikanın 4 şəhərində - Bakı, Naxçıvan, Gəncə və Lənkəran şəhərlərində ümumilikdə 30 binada təşkil olunub. İmtahan bütün binalarda saat 13:00-da başlanıb və 2 saat 30 dəqiqə ərzində aparılıb.
TQDK-nın mətbuat katibi Elnur Nağızadə 13 nəfərin imtahandan qovulduğunu bildirib. Onun sözlərinə görə, buna səbəb həmin şəxslərin imtahan qaydalarını pozması və köçürmələri olub. İmtahanda iştirak üçün sənəd verən 457 bakalavr isə imtahana gəlməyib.
Qeyd edək ki, imtahanda iştirak etmək üçün 18019 bakalavr ərizə vermişdi.
İmtahan nəticələrinin martın 6-da elan edilməsi nəzərdə tutulub.
DOSTLARINLA PAYLAŞ: