Magistratura imtahanı keçirilib
20 İyun 2010 Bazar 14:25
Bu gün Bakı və Naxçıvan şəhərlərində ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsi keçirilib.
İmtahanda 6613 bakalavr işirak edib. Onlardan 5752 nəfəri azərbaycan bölməsinin, 861 nəfəri isə rus bölməsinin məzunudur. Qəbul imtahanı bakı şəhərində 9, naxçıvan şəhərində 1 binada keçirilib. İmtahanın idarə olunması üçün 45 imtahan rəhbəri, 410 nəzarətçi-müəllim cəlb olunub. İmtahanda sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılıb. İkinci mərhələdə bakalavrların ixtisas üzrə bilikləri test üsulu ilə onlara 50 test tapşırığı təqdim olunub. İmtahanda  hər düzgün cavabı bir balla qiymətləndirilib. Qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra bakalavrlar iyunun 22-dən 25-dək ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsi ilə ixtisaslaşma seçimi apara bilərlər. Bu il qəbul aparılan ixtisaslaşmalar üçün ayrılmış yerlərin ümumi sayı 5252-dir. Bunlardan 2071-i dövlət sifarişi ilə qəbul aparılan ixtisaslardır. XazarTV


DOSTLARINLA PAYLAŞ:

oyunlar