Lütfi Zadə tələbəsi Rafiq Əliyevlə bağlı ADNA-nın rektoruna məktub göndərib
11 Noyabr 2011 Cümə 16:02
Lütfi Zadə: "Mən öz mesajımı universitetin rektoruna yazılı şəkildə göndərmişəm".
Akademik Rafiq Əliyevin Azərbaycan Dövlət Neft Akademiyasının kafedra müdiri vəzifəsindən kənarlaşdırılmasına onun yaxın dostu və müəllimi olan Kaliforniyanın Berkli Universitetinin professoru, Azərbaycanın dünya şöhrətli alimi Lütfi Zadə münasibət bildirib. O, məsələ ilə bağlı ANS-ə açıqlamasında Azərbaycan Dövlət Neft Akademiyasının rektoruna məktub ünvanladığını söyləyib: “Mən bu barədə telefonla danışmaq istəmirəm. Mən öz mesajımı universitetin rektoruna yazılı şəkildə göndərmişəm”.

Vəzifədən azad olunması ilə bağlı verilən əmrə akademik Rafiq Əliyev özü münasibət bildirmək istəmədi və baş verənlərə ictimaiyyətin reaksiyasını gözlədiyini dedi.

“Hələlik bunlara heç bir fikir bildirmək istəmirəm”, - deyə alim bildirib.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Akademiyasının “Avtomatlaşdırılmış idarəetmə sistemləri” kafedrasının müdiri olan Rafiq Əliyevə işdən azad olunması ilə bağlı əmr noyabrın 4-də təqdim olunub.

Xatırladaq ki, Rafiq Əliyev 70-ə yaxın kitabın, 350-dən çox elmi məqalənin müəllifidir. Onun bu yaxınlarda “Nobel” mükafatı alacağı da xəbərlər arasındadır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar