Lənkəran Dövlət Universitetində beynəlxalq elmi-praktik konfrans keçirilib
26 Dekabr 2011 Bazar Ertəsi 14:18
Lənkəran Dövlət Universitetində (LDU) “Dayanıqlı inkişaf və idarəetmə modelləri: nəzəriyyə və praktika” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
APA-nın cənub bürosunun məlumatına görə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, LDU-nin, Azərbaycan Milli Elmlər Akademiyasının Lənkəran Regional Elm Mərkəzinin, Sumqayıt Dövlət Universitetinin, Qafqaz Universitetinin və Azərbaycan Turizm İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Türkiyə, İran, Rusiya, Ukrayna və ölkəmizin bir sıra ali məktəblərinin nümayəndələri iştirak ediblər. Üç gün müddətində konfransda dayanıqlı inkişaf və idarəetməyə dair müasir təbiətşünaslıq, humanitar və ictimai-siyasi elmlər üzrə elmi-praktik əhəmiyyətli məsələlərlə bağlı 200-dək məruzə dinlənilərək təhlil olunub. Konfrans çərçivəsində həmçinin LDU-də idman-tədris kompleksinin və elektron təhsil şəbəkəsinin açılışı olub. NATO-nun qrantı hesabına yaradılan elektron təhsil şəbəkəsi LDU tələbələrinin, müəllimlərinin, elmi işçilərin dünyanın ən qabaqcıl ali məktəbləri ilə əlaqə yaratması üçün yeni imkanlar açıb.
DOSTLARINLA PAYLAŞ: