Kolleclere qebul olunanalara xeberdarlıq edildi
29 Avqust 2013 Cümə Axşamı 11:04
Kolleclere qebul olunan telebeler sentyabrın 6-dek daxil olduqları tehsil müessisesine teqdim etmekle qeydiyyatdan keçmelidirler.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 9 illik ümumi orta təhsil bazasında kolleclərə qəbul olmuş abituriyentlərə müraciət edib. TQDK-dan ANS PRESS-ə verilən məlumata görə, 2013/2014-cü tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar avqustun 29-dan sentyabrın 6-dək (şənbə və bazar günləri istisna olmaqla) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas məktəbinə göndərilməyəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar