Keçmiş məzunlar imtahan verdi
11 May 2014 Bazar 16:01
2014-2015-ci tədris ili üçün əvvəlki illərin məzunları II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriblər.
Bu gün 2014-2015-ci tədris ili üçün əvvəlki illərin məzunları II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriblər. ANS TV-nin məlumatına görə, imtahan respublikanın 11 şəhərində baş tutub. İmtahanda 18298 abituriyent iştirak edib. Onlardan 7896 abituriyent II qrup üzrə, 10402 abituriyent isə III qrup üzrə imtahan verib. İmtahanda iştirak edən ən yaşlı abituriyentin 43 yaşı olub. Həmçinin imtahanlarda 60 xarici ölkə vətəndaşı da iştirak edib.

Respublikanın 11 şəhərində keçirilən imtahan, səhər saat 11-də başladı. Bu müddət ərzində imtahan keçrilən binaların qarşısında əsl həyacan yaşanırdı. Valideynlər imtahanın nə vaxt başa çatacağını səbirsizliklə gözləyirdilər.

Ara-sıra imtahan zalından xəbərlər də gəlirdi. Məsələn, 158 saylı məktəbin qarşısında növbə çəkən təcili tibbi yardım briqadasına müraciət edənlərin sayı da az deyildi.

Təcili tibbi yardım xidmətinin həkimi Nigar Mustafayevanın sözlərinə görə, 3 nəfərin təzyiq yüksək idi: “Görünür çox həacanlanıbılar. Onlara lazımi tibbi yardım göstərmişik”.

İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacağı barədə xəbərdarlıq edilmişdi.

158 saylı məktəbdə imtahan verən iki abituriyent bir-birindən köçürdüyü üçün, imtahan vərəqi əlindən alınaraq zaldan çıxarılıblar. 3 saat sonra imtahan bitdi. Növbəti dəfə özünü sınayan abituriyetlərdən imtahanın necə keçdiyi ilə maraqlandıq.

Abituriyent Turqut Qaraşovun bildirdi ki, imtahanın belə çətin olcağını gözləmirdi.

Qeyd edək ki, düzgün cavablar TQDK-nın internet saytında yerləşdiriləcək.






DOSTLARINLA PAYLAŞ:

oyunlar