IX sinif şagirdləri imtahan verib
11 İyun 2010 Cümə 17:15
IX sinif şagirdləri imtahan verib. İmtahanlarda 24365 nəfər iştirak edib.
Bu gün Şirvan şəhəri, Abşeron, Ağcabədi, Astara, Beyləqan, Biləsuvar, Cəlilabad, Hacıqabul, İmişli, Kürdəmir, Lənkəran, Masallı, Neftçala, Salyan, Ucar, Saatlı, Sabirabad və Zərdab rayonlarının ümumtəhsil məktəblərinin XI siniflərində buraxılış imtahanları keçirilib. Təhsil Nairliyinin mətbuat xidmətinin məlumatına görə, imtahanlarda 24365 şagird iştirak edib. Onlar 81 imtahan mərkəzində imtahan verib.

Həmin rayonlar üzrə ötən tədris illərində attestat ala bilməyən 2247 nəfər XI sinif məzunu da bu gün 22 imtahan mərkəzində imtahan verib.

Qeyd olunan rayonların ümumtəhsil məktəblərinin IX sinif şagirdləri isə iyunun 12-də imtahan verəcək və 83 imtahan mərkəzində keçiriləcək imtahanlarda 35553 IX sinif şagirdi iştirak edəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar