Bu gün Azərbaycandakı orta ümumtəhsil məktəblərinin IX sinif şagirdləri buraxılış imtahanı verəcəklər. İmtahan iki fəndən - Ana dili və riyaziyyatdan olacaq. Şagirdlərə ana dili, ədəbiyyat, cəbr və həndəsəyə aid 50 sual təqdim ediləcək. Suallar Təhsil Nazirliyi tərəfindən tərtib olunub. İmtahan üç saat davam edəcək. Minimum 20 suala doğru cavab verən şagird qiymət almış hesab ediləcək. İmtahanı verə bilməyən şagirdlər isə payızda yenidən imtahan verməlidirlər. /ANS PRESS/