IV ixtisas qrupu üzrə iyul ayının 18-də keçirilən imtahanda 1027 abituriyent iştirak etməyib. Bu barədə məlumatı ANS PRESS-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Elnur Nağızadə verib. Onun sözlərinə görə, bu dəfə də imtahandan xaric edilənlər olub. IV ixtisas qrupu üzrə keçirilən imtahanlarda onların sayı 4 nəfər olub.
İmtahanın nəticələri isə bu gün axşam saatlarında bəlli olacaq.
Qeyd edək ki, iyulun 18-də keçirilən imtahanlarda iştirak etmək üçün 162 60 abituriyent sənəd vermişdi.
Kəmalə Məmmədova/ANS PRESS/