IV ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb
30 İyul 2012 Bazar Ertəsi 17:30
Azərbaycanda ali məktəblərin IV ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahanın nəticələri TQDK-nın rəsmi internet saytında yerləşdirilib. Abituriyentlər imtahanın nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə bilərlər.

Qeyd edək ki, ali məktəblərin IV ixtisas qrupu üzrə qəbul imtahanları iyulun 27-də Bakı, Gəncə, Sumqayıt, Şəki, Lənkəran və Naxçıvanda keçirilib.

IV ixtisas qrupu üzrə test imtahanının nəticəsi əsasında imtahan ballarının paylanması “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunacaq.

İxtisas seçimi avqustun 7-dən avqustun 16-dək internet vasitəsilə aparılacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar