İsmayıllı Dövlet Humanitar ve Texnologiya Kolleci haqqında qerar verildi
04 İyul 2013 Cümə Axşamı 19:37
İsmayıllı Dövlet Humanitar ve Texnologiya Kolleci haqqında resmi qerar verilib.
İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin yaradılmasına dair rəsmi qərar verilib. Modern.az-ın məlumatına görə, baş nazir Artur Rasizadə bununla bağlı qərar qəbul edib. Qərara əsasən “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın "Orta ixtisas təhsili müəssisələri" bölməsinə "46. İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci" hissəsi əlavə edilib.
Təhsil Nazirliyi, Maliyyə Nazirliyin və İsmayıllı Rayon İcra Hakimiyyətinə tapşırılıb ki, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin maliyyələşdirilməsi və fəaliyyətinin təmin edilməsi üçün zəruri tədbirlər görsünlər.
Qeyd edək ki, İsmayıllı Dövlət Humanitar və Texnologiyalar kollecinin açılması ilə bağlı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov keçirdiri tədbirdə rayon ictimaiyyətini və təhsil işçilərini təbrik edib. Rayon ictimaiyyəti adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıq bildirən müraciət qəbul edilib. Yeni açılan İsmayıllı Dövlət Humanitar və Texnologiyalar kollecində müxtəlif ixtisaslar üzrə bölmələr tədris olunacaq.
DOSTLARINLA PAYLAŞ: