Prezident İnformasiya Texnologiyaları Universiteti yaradılması haqqında sərəncam imzalayıb.
Azərbaycan prezidenti İlham Əliyev İnformasiya Texnologiyaları
Universitetinin yaradılması haqqında sərəncam imzalayıb. ANS PRESS-in
prezidentin rəsmi saytına verdiyi məlumata görə, Nazirlər Kabinetinə bu
universitetin nizamnaməsinin layihəsini hazırlayıb 2 ay müddətində
prezidentə təqdim etmək tapşırılıb.
Sərəncamda Təhsil Nazirliyinə, habelə Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyinə İnformasiya Texnologiyaları Universitetində
2013-2014-cü tədris ilindən etibarən təhsil prosesinə başlanılmasını
təmin etmək və digər zəruri tədbirləri həyata keçirmək tapşırığı
verilib.