İnformasiya Texnologiyaları Universiteti qeydiyyatlara başladı
20 Avqust 2013 Çərşənbə Axşamı 11:22
İnformasiya Texnologiyaları Universiteti üçün ayrılan 60 plan yeri dolub.
İnformasiya Texnologiyaları Universitetinə (İTU) qəbul olanlar bu gündən etibarən qeydiyyatdan keçərək sənədlərini təsdiq etdirə bilərlər. ANS PRESS Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən xəbər verir ki, bunun üçün attestat, şəxsiyyət vəsiqəsi, 4 ədəd (3x4) fotoşəkil, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) virtual ödəmə kartı, istifadəçi adı və şifrəsi, məcburi köçkün statusunu təsdiq edən vəsiqə (mövcud olduğu halda) tələb olunur.

Qeydiyyatın aparılması məqsədilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən səlahiyyətli nümayəndələr təyin edilib. İnformasiya Texnologiyaları Universitetinə daxil olan tələbələrin qeydiyyatı və ingilis dili hazırlığının tədrisi Azərbaycan Diplomatik Akademiyasında aparılır.

Məlumat üçün bildirək ki, İTU üçün ayrılan 60 plan yeri dolub. Abituriyentlər bu ali təhsil ocağına minimum 610 keçid balı ilə daxil olublar.

Qeydiyyat avqust ayının 29-na qədər davam edəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar