İmtahanlar ilə bağlı apellyasiya komissiyaları yaradılıb
27 İyul 2009 Bazar Ertəsi 09:50
Komissiyalar iyulun 28-dən 30-na kimi fəaliyyət göstərəcək

 

Artıq 2009-2010-cu tədris ili üçün respublikaının ali məktəblərinə keçirilən qəbul imtahanları başa çatıb. Hər 4 qrup üzrə nəticələr elan edilib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Azərbaycan Respublikasının ali məktəblərinə və orta təhsil bazasından orta ixtisas məktəblərinə keçirilən qəbul imtahanları ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Apellyasiya komissiyaları təşkil edib. TQDK tərəfindən yaradılmış Apellyasiya komissiyaları iyulun 28-dən 30-dək fəaliyyət göstərəcək.

Komissiyalar saat 10:00-dan 17:00-dək aşağıdakı məntəqələrdə işləyir:

I və IV qruplar üzrə - Bakı Qızlar Universiteti

II və III qruplar üzrə - Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Rus bölməsi bütün ixtisas qrupları üzrə - TQDK

Ərizə forması və cavab kartının doldurulmasında texnoloji səhvlərə yol verilməsi və imtahanın keçirilməsi qaydalarının abituriyent tərəfindən pozulması halları ilə bağlı müraciətlərə baxılmayacaq.

Qeyd edək ki, abituriyent Apellyasiya komissiyasına şəxsiyyəti təsdiq edən sənəd təqdim etməklə şəxsən müraciət etməlidir. Müraciətin araşdırılması zamanı onunla birlikdə yalnız valideyni iştirak edə bilər, üçüncü şəxslərin iştirakına icazə verilmir. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar