İmkansız tələbələrə xoş xəbər
06 Oktyabr 2011 Cümə Axşamı 15:01
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası illik təhsil haqqının bir hissəsini ödəyəcək.
“İmkansız tələbələrin illik təhsil haqqının bir hissəsinin ödənilməsi üçün müvafiq tədbirin həyata keçirilməsi qərarına gəlmişik”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Mehbalıyev deyib.

Konfederasiya sədri bildirib ki, artıq rəhbərlik etdiyi qurum ali məktəblərin həmkarlar təşkilatlarına bununla bağlı tapşırıqlar verib: “Düşünürük ki, ilkin olaraq, hər universitetdən ən azı 3 nəfərin illik haqqının 30 faizə qədərini ödəyə bilərik. Təbii ki, məbləğdən asılı olaraq. Lakin bu məsələdə tələbələrin davamiyyəti və təhsilə yanaşması da nəzərə alınacaq. Yəni oxumağa meylli, müəyyən nəticələri olan imkansız tələbələrin illik təhsil haqqının 30 faizini konfederasiya ödəyəcək”.

S.Mehbalıyevin sözlərinə görə, bu addım ali məktəblərdə həmkarlar təşkilatlarının nüfuzunun artmasına səbəb olacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar