İlham Əliyev “Holcim” şirkətinin baş icraçı direktorunu qəbul edib
10 İyul 2012 Çərşənbə Axşamı 18:25
Görüşdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı gələcək layihələr barədə fikir mübadiləsi aparılıb.
Azərbaycan prezidenti İlham Əliyev İsveçrənin “Holcim” şirkətinin baş icraçı direktoru Bernard Fontananı qəbul edib.
Görüşdə İsveçrənin “Holcim” şirkətinin Azərbaycandakı uğurlu fəaliyyəti vurğulanıb, şirkətin yüksək texnologiyalar əsasında fəaliyyət göstərəcək “Qaradağ sement” ASC-də yeni zavodun müasir standartlara uyğun şəkildə inşası qeyd olunub, əməkdaşlığın genişləndirilməsi ilə bağlı gələcək layihələr barədə fikir mübadiləsi aparılıb.
DOSTLARINLA PAYLAŞ: