III qrupa sənəd verən 612 abituriyent qəbul imtahanında iştirak edə bilməyəcək
01 İyul 2011 Cümə 15:20
Ümumilikdə 2000 nəfər attestat almadığı üçün ali məktəbə imtahan verə bilməyəcək.
Ali məktəblərin III ixtisas qrupuna sənəd verən 612 abituriyent qəbul imtahanlarında iştirak edə bilməyəcək. Bu barədə bu gün keçirilən mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə məlumat verib.
Səbəb həmin məzunların Təhsil Nazirliyinin keçirdiyi mərkəzləşmiş buraxılış imtahanlarından kəsilməsi və attestat ala bilməməsidir.
Nazirlidən TQDK-ya ası daxil olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: