III ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb
17 İyul 2012 Çərşənbə Axşamı 17:34
III ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb. Nəticələr TQDK-nın rəsmi internet saytında yerləşdirilib.
Azərbaycanda ali məktəblərin III ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən xəbərə görə, imtahanın nəticələri TQDK-nın rəsmi internet saytında yerləşdirilib.

Abituriyentlər imtahanın nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə bilərlər.

Qeyd edək ki, ali məktəblərin III ixtisas qrupu üzrə qəbul imtahanları iyulun 14-də Bakı, Gəncə, Sumqayıt, Şəki, Lənkəran və Naxçıvanda keçirilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar