III ixtisas qrupu üzrə imtahana buraxılış vərəqələrinin verilməsinə başlanılıb
10 İyul 2012 Çərşənbə Axşamı 16:28
III ixtisas qrupu üzrə imtahana buraxılış vərəqələrinin verilməsinə başlanılıb. İmtahan Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Lənkəran və Şəkidə olacaq.
Azərbaycanda ali məktəblərin III ixtisas qrupu üzrə imtahana buraxılış vərəqələrinin verilməsinə başlanılıb. Abituriyentlər TQDK-nın rəsmi internet saytına daxil olmaqla “İmtahana buraxılış vərəqi”ni çap edə bilərlər.

Qeyd edək ki, ali məktəblərin III ixtisas qrupu üzrə imtahan iyulun 14-də olacaq. 31 mindən çox abituriyentin iştirakı nəzərədə tutulan imtahanın Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Lənkəran və Şəkidə keçiriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar