III ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanları keçirilir
14 İyul 2012 Şənbə 09:55
Bu gün III ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanları keçirilir. İmtahanda iştirak edən ən yaşlı abituriyent 1956-cı, ən gənc isə 1997-ci ildəndir.
Bu gün 2012-2013-cü tədris ili üçün ali təhsil müəssisələrinə ilk qəbul imtahanı keçiriləcək. Tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə III ixtisas qrupu üzrə sənəd verən abituriyentlər imtahan verəcəklər.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) məlumatına görə, imtahan respublikanın 6 şəhərində - Bakıda 30, Naxçıvanda 3, Gəncədə 7, Sumqayıtda 6, Şəkidə 4, Lənkəranda 4 binada keçiriləcək.

Bu il III qrup üzrə 30831 abituriyent ərizə təqdim edib. III ixtisas qrupu üzrə sənəd verənlərin 28151 nəfəri Azərbaycan, 2680 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 8280 nəfərini oğlanlar, 22551 nəfərini isə qızlar təşkil edir. Bakıda 17797, Naxçıvanda 2140, Gəncədə 3585, Sumqayıtda 3600, Şəkidə 1846, Lənkəranda 1863 abituyent imtahan verəcək. 16028 nəfər orta ümumtəhsil məktəblərinin bu ilki, 12363 nəfəri əvvəlki illərin məzunudur. 135 abituriyent xarici ölkələrin vətəndaşıdır. 183 abituriyent ali təhsillidir və III ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır. 2257 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur.

Ən yaşlı abituriyent 1956-cı, ən gənc isə 1997-ci ildəndir. İmtahan saat 11.00-da başlayacaq və 3 saat davam edəcək. III ixtisas qrupunda xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara qəbul olmaq istəyən və Qabiliyyət İmtahanı Komissiyasında (QİK) qeydiyyatdan keçən abituriyentlər iyulun 18-dən 24-dək qabiliyyət imtahanı verməlidirlər. Bütün qruplar üzrə ixtisas seçimi avqustun 7-dən 16-dək internet vasitəsilə aparılacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar