II ixtisas qrupunda düzgün cavablar açıqlanıb
04 Avqust 2012 Şənbə 12:30
İmtahanda istifadə olunan test tapşırıqlarının cavabları TQDK-nın rəsmi saytına yerləşdirib
Avqustun 3-də 2012/2013-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə II ixtisas qrupu üzrə qəbul imtahanı keçirildi. ANS PRESS-in TQDK-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, imtahan Respublikanın 6 şəhərində - Bakıda 22, Naxçıvanda 2, Gəncədə 5, Sumqayıtda 4, Şəkidə 3, Lənkəranda 3 binada keçirilib.

2012-ci ildə II qrup üzrə 22867 abituriyent ərizə təqdim edib. 550 abituriyent müxtəlif səbəblərdən imtahana gəlməyib. Qayda pozuntularına yol verən 19 abituriyent isə imtahan zallarından xaric olunub.
II ixtisas qrupunda 1 nəfər maksimum nəticə göstərib. Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyinin məzunu Nərgiz Məzahirqızı 700 bal toplayıb.

Qeyd edək ki, bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası II ixtisas qrupu üzrə qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının düzgün cavablarını açıqlayıb.

Düzgün cavabları bu linkə daxil olaraq öyrənə bilərsiniz: http://tqdk.gov.az/az/press/Default.aspx?news=2367


DOSTLARINLA PAYLAŞ:

oyunlar