I sinifə hazırlaşan şagirdlərə sürpriz!
14 İyun 2010 Bazar Ertəsi 14:40
"Bala Dili" balalara kömək məqsədilə jurnalın internet səhifəsində maraqlı rubrika açıb.
"Bala Dili" jurnalı yeni tədris ilində məktəbə hazırlaşan balalara kömək məqsədilə jurnalın internet səhifəsində "Rəssamlıq rubrikası" (www.baladili.ws) açıb. Bu barədə ANS PRESS-ə jurnalın şef-redaktoru Gülzar İbrahimova məlumat verib.

Onun sözlərinə görə, bu rubrikada balalar həm yazıb-oxumağı, həm də rəsm çəkməyi öyrənəcəklər. Rənglərdən istifadə edərək çəkdikləri rəsmi istədikləri rəngə boyaya biləcəklər.

Belə bir rubrika həm də rəngləri balacalara tanıtdırır, onlara rəngləməyi, rənglərdən düzgün istifadə etməyi öyrədir. Bu səhifədə yazıb - oxumağı öyrənmək daha asandır. Çünki yazdığın xoşuna gəlmirsə, onu silib yenisini yazırsan.

"Əlifba" səhifəsindən nümunə kimi istifadə edən hər uşaq elə oradaca özünü sınayaraq yazmağı-oxumağı öyrənir. "Bala Dili" balaları sevir, yeni məkitəbə hazırlaşan balalara uğurlar diləyir! ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar