I sinfə qəbul başlayır
18 İyul 2014 Cümə 17:26
I sinfə qəbul başlayır. Xüsusi istedada malik uşaqların qəbulu avqustun 20-dək davam edəcək.
Azərbaycan Respublikası təhsil nazirinin “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları” barədə əmrinə müvafiq olaraq Bakı şəhərində yerləşən və BŞTİ-nin tabeçiliyində olan məktəblərə qəbulla əlaqədar ərizə qəbulu başlayır. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, elektron ərizə qəbulu iyulun 20-dən başlayacaq və avqust ayının 20–dək davam edəcək.

"Qeydiyyat zamanı vətəndaşlar elektron ərizə ilə yanaşı uşağın doğum haqqında şəhadətnaməsinin surətini və 3x4 sm ölçüdə 1 ədəd fotoşəklini də əlavə etməlidirlər".

Qeyd edək ki, “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”na əsasən I sinfə qəbul həmin il sentyabrın 16 - dan dekabrın 31 - dək 6 yaşı tamam olan xüsusi istedadlı uşaqlara şamil edilir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar