I qrup üzrə ən yüksək nəticə 690 bal olub
15 İyul 2009 Çərşənbə 15:00
Ən yüksək nəticəni cəmi bir abituriyent göstərib

I qrup üzrə imtahan verən abituriyentlər arasında maksimum nəticə göstərən olmayıb. Bu barədə məlumatı ANS PRESS-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə verib. Onun sözlərinə görə, bu qrup üzrə ən yüksək nəticə 690 bal olub. Bu nəticəni cəmi bir abituriyent göstərib.
Qeyd edək ki, qrup üzrə keçid balı azaldılaraq, 250-dən 200 bala endirilib.

Kəmalə Məmmədova /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar