I qrup üzrə 367 nəfər 600-dən yuxarı bal toplayıb
24 İyul 2013 Çərşənbə 11:57
Maksimum nəticə qrup üzrə 695 bal olub.
I ixtisas qrupu üzrə qəbul imtahanının nəticələrinə əsasən müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin 367 nəfəri 600-dən yuxarı bal toplayıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, maksimum nəticə qrup üzrə 695 bal olub.
Bundan əlavə imtahanda 1179 nəfər 500, 2542 nəfər 400, 4900 nəfər isə 300 baldan yuxarı nəticə göstərib.

Qeyd edək ki, I ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün sənəd vermiş 36883 abituriyentdən 1324 nəfəri imtahanda iştirak etməyib. 40 nəfəri imtahan qaydalarını pozduğuna - mobil telefon keçirməyə, köçürməyə cəhd, imtahanın gedişinə maneə törətdikləri üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib.
Qrup üzrə keçid balı isə 150 bal təyin edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar