I Payız Mektebi açıldı
24 Sentyabr 2013 Çərşənbə Axşamı 16:00
Tedbir memarlıq ve arxeoloji abidelerin berpası ve konservasiyası sahesini ehate edib.
Memarlıq və arxeoloji abidələrin bərpası və konservasiyası sahəsində I Payız Məktəbinin açılışı olub. Tədbirdə Mədəniyyət və Turizm nazirinin birinci müavini Vaqif Əliyev, AMEA-nın Arxeologiya və Etnoqrafiya insitutunun direktoru Maisə Məmmədova, Memarlar İttifaqının sədri Elbay Qazsımzadə və Belçika Lüvən Universitetinin Şərqşünaslıq İnsitutunun professoru Aleksandr Turovets çıxış edib. ANS PRESS-in verdiyi məlumata görə, layihənin ilk günü keçirilən nəzəri təlimlərdə Mədəniyyət və Turizm Nazirliyinin, "İçərişəhər" Dövlət tarix-memarlıq qoruğu idarəsinin, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutun, Memarlıq və İncəsənət İnstitutunun, Azərbaycan Memarlıq və İnşaat Universitetinin, "Azərbərpa" Elmi Tədqiqat Layihə İnstitutunun mütəxəssisləri tərəfindən təqdimatlar nümayiş etdirilib.

Qeyd edək ki, düşərgədə yaşı 29-dək olan, mədəni irs və onun inkişafı ilə bağlı sahələr üzrə (memarlıq, arxeologiya, turizm, mədəniyyətşünaslıq və digərləri) ixtisaslaşan bakalavr, magistr və doktorantura pillələri üzrə təhsil alan və ya məzun olmuş 25 gənc iştirak etmək hüququ əldə edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar