I ixtisas qrupu üzrə tələb olunan minimal bal endirilib
23 İyul 2013 Çərşənbə Axşamı 18:52
İxtisas seçimi müsabiqəsinə ümumi balı 150-dən, dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayanların buraxılması nəzərdə tutulur.
Azərbaycanda ali məktəblərin I ixtisas qrupu üzrə ixtisas seçiminə buraxılmaq üçün tələb olunan minimal bal endirilib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, ixtisas seçimi müsabiqəsinə buraxılmaq üçün tələb olunan minimal əvvəl 250 olub. Yeni tələblərə əsasən isə ixtisas seçimi müsabiqəsinə ümumi balı 150-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayanların buraxılması nəzərdə tutulur.

Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.

İyulun 21-də I qrup üzrə keçirilmiş qəbul imtahanında iştirak üçün 36 883 abituriyent ərizə təqdim edib. Onlardan 34 240 nəfəri Azərbaycan bölməsinin, 2643 nəfəri isə rus bölməsinin məzunudur. Müxtəlif binalarda 40 şagird müxtəlif qayda pozuntularına yol verdiklərinə, o cümlədən imtahan binasına mobil telefonla keçmə, imtahanın gedişinə mane olma və köçürməyə cəhd etdiklərinə görə imtahandan xaric edilib və onların nəticələri ləğv olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar