I ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb
    23 İyul 2012 Bazar Ertəsi 18:00
    Azərbaycanda ali məktəblərin I ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb.
    
                	 
    
         Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahanın nəticələri TQDK-nın rəsmi internet saytında yerləşdirilib. Abituriyentlər imtahanın nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə bilərlər. 
Qeyd edək ki, ali məktəblərin I ixtisas qrupu üzrə qəbul imtahanları iyulun 20-də Bakı, Gəncə, Sumqayıt, Şəki, Lənkəran və Naxçıvanda keçirilib.
I ixtisas qrupu üzrə test imtahanının nəticəsi əsasında imtahan ballarının paylanması “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunacaq.
İxtisas seçimi avqustun 7-dən avqustun 16-dək internet vasitəsilə aparılacaq.
DOSTLARINLA PAYLAŞ: