Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 12-də 2009/2010-cu tədris ili üçün respublikanın ali məktəblərinə və orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə I ixtisas qrupu üzrə qəbul imtahanı keçirib.
İmtahanının keçirilməsi üçün Bakıda 51, Sumqayıtda 7, Naxçıvan şəhərində isə 2 bina ayrılmışdı. İmtahanlara 2 min 471 nəzarətçi-müəllim, 243 imtahan rəhbəri cəlb edilmişdi.
Abituriyentlər üç saat ərzində müvafiq fənlər üzrə təklif olunmuş suallara cavab veriblər.
Bu il I qrup üzrə 35 min 811 abituriyent ərizə verib ki, onların 195-ı əcnəbilərdir.
İmtahandan sonra müstəqil ekspertlər tərəfindən I ixtisas qrupu üzrə test suallarının ekspertizası keçirilib. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları bu gün saat 21.00-də TQDK-nın internet saytında yerləşdiriləcək.
Test imtahanının nəticələri barədə isə iki gündən sonra məlumat veriləcək. /ANSPRESS/