I ixtisas qrupu üzre qebul imtahanı başa çatdı
21 İyul 2013 Bazar 16:58
İxtisas seçimi qəbul imtahanlarında toplanan ballar elan olunduqdan sonra avqustun 6-dan 15-dək internet vasitəsilə aparılacaq.
Saat 11:-də start götürərək 3 saat davam edən imtahan respublikanın 11 şəhərində, ümumilikdə 69 binada keçirilib. Ötən bazar günü keçirilən 3-cü ixtisas qrupu üzrə imtahanlardan fərqli olaraq bu qrup üzrə rəqabət daha güclü olacağı gözlənilir. Belə ki, 1-ci ixtisas qrupu üzrə biliyini sınağa çəkən abituriyentlərin sayı daha çoxdur. 36 min 883 nəfər. Onlardan 34 240 nəfəri Azərbaycan bölməsinin, 2 643 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 22 372 nəfərini oğlanlar, 14 511 nəfərini isə qızlar təşkil edir. Rəqabət nə qədər güclü olsa da abituriyentlər imtahanı uğurla başa vurduqlarını deyirlər.

Övladları ilə birlikdə imtahan binasının qarşısında həyəcan keçirən valideylər də onların imtahandan uğur qazanacağına əmin görünürlər.

Qeyd edək ki, bütün qruplar üzrə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra avqustun 6-dan 15-dək internet vasitəsilə aparılacaq.




DOSTLARINLA PAYLAŞ:

oyunlar