I ixtisas qrupu imtahanlarında 234 nəfər 600-dən yuxarı bal toplayıb
24 İyul 2012 Çərşənbə Axşamı 15:07
İmtahanlarda 197 nəfər "0" nəticə göstərib.
Azərbaycanda keçirilən I ixtisas qrupu imtahanlarında 234 nəfər 600-dən yuxarı bal toplayıb. Bu barədə Trend-ə Tələbə Qəbulu üzrə Dövlət Komisiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə məlumat verib.

Onun sözlərinə görə, qəbul imtahanlarında ən yüksək nəticə 690 bal olub. Bu nəticəni 2 nəfər əldə edib.

Nağızadə deyib ki, Azərbaycanda ali məktəblərin I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında 197 nəfər "0" nəticə göstərib. 2616 nəfər 0-20, 4140 nəfər 20-40, 3748 nəfər 40-60, 2989 nəfər 60-80, 2410 nəfər 80-100, 1928 nəfər 100-120, 1632 nəfər 120-140, 1453 nəfər isə 140-160 bal nəticə göstərib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar