Hüquq və jurnalistika ixtisasları üzrə qəbul planı azaldılıb
13 İyul 2012 Cümə 12:18
Azərbaycanda 2012-2013-cü tədris ili üçün hüquq ixtisası üzrə qəbul planı 50 faiz azaldılıb. Hüquq və jurnalistika ixtisasları üzrə qəbul planı azaldılıb.
APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədr müavini Namiq Babayev deyib.
Onun sözlərinə görə, ümumiyyətlə, ötən ilki qəbul planına nisbətən bəzi ixtisaslarda qəbul planında ciddi azalma var. Ən ciddi azalma hüquq ixtisası üzrədir. Bu ixtisas üzrə qəbul planı 232 nəfərdir. Qəbul planı ötən ilə nisbətən 50 faiz, yəni 222 yer azalıb.
TQDK sədrinin müavini jurnalistika ixtisası üzrə qəbul planının isə 199 yer olduğunu açıqlayıb. Bu, ötən ilə nisbətən 134 yer azdır.
N. Babayev xatırladıb ki, ancaq dövlət ali məktəblərində jurnalistika fakültələri saxlanılıb, özəl ali məktəblərdə isə jurnalistika fakültələrinə qəbul dayandırılıb.
Sədr müavini bunu Prezident yanında Təhsil Komissiyasında aparılan müzakirələrdən sonra bununla bağlı qərar qəbul olunduğunu, özəl ali məktəblərdə jurnalist kadr hazırlığının qənaətbəxş olmadığını deyib.
DOSTLARINLA PAYLAŞ: