Horadizdə Şahmat Məktəbi açılıb
15 Dekabr 2012 Şənbə 17:03
Prezident İlham Əliyev məktəbin yenidənqurmadan sonra açılışında iştirak edib.
Azərbaycan prezidenti İlham Əliyev Horadiz Şahmat Məktəbinin yenidənqurmadan sonra açılışında iştirak edib.

Dövlət başçısına məlumat verilib ki, ümumi sahəsi 500 kvadratmetr olan şahmat məktəbinin həyətində müasir işıqlandırma sistemi qurulub, yaşıllıq zolağı salınıb. Lazımi avadanlıq və havalandırma sistemi ilə təchiz olunmuş məktəb binasının foyesində ümummilli lider Heydər Əliyevin büstü ucaldılıb. Burada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotoguşə yaradılıb.

Bildirilib ki, məktəbdə uşaqların və yeniyetmələrin idmanın bu qədim növünün sirlərinə dərindən yiyələnmələri üçün hər cür şərait var. Burada iki sinif və müəllimlər otaqları, bir elektron sinif və xidməti otaqlar fəaliyyət göstərir.

Məktəbdə şahmatla bağlı biliklərin əldə olunması və müasir yeniliklərin qavranılması üçün ayrıca kompyuter guşəsi də yaradılıb. Bu da dərslərin kompyuter vasitəsilə keçirilməsinə, ən son yeniliklərin qısa müddətdə öyrənilməsinə şərait yaradır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar