Hindistanlı professor Abhijit Sen ADU-da mühazirə oxuyub
07 May 2011 Şənbə 10:32
Hindistanın İngilis Dili və digər Müasir Avropa Dilləri Universitetinin professoru Abhijit Sen Azərbaycan Dillər Universitetində (ADU) “Rabindranat Taqorun Teatrı: mədəniyyətlərarası eyniliklər” mövzusunda mühazirə oxuyub.
 ADU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, A. Sen mühazirəsində Benqal ədəbiyyatı və musiqisini formalaşdıran şair, dramaturq, musiqiçi, rəssam Rabindranat Taqorun yaradıcılığından ətraflı məlumat verib.

A. Sen “Gitanjali” poemasının müəllifi R. Taqorun Nobel mükafatına layiq görülmüş ilk qeyri-avropalı olduğunu deyib. Bununla yanaşı, R. Taqor bir sıra hekayə, oçerk, şeir və 100-dən artıq sulu boya ilə çəkilmiş rəsmlərin müəllifi kimi də tanınır.

Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin dekanı Məcid Əliyev isə teatr sahəsində Azərbaycan və Hindistan arasında müəyyən oxşarlıqların mövcud olduğunu söyləyib. Sonda müxtəlif professorların R. Taqor haqqında söylədikləri fikirlərdən ibarət video-slayd nümayiş olunub. İştirakçılar R. Taqorun rəsm əsərlərindən ibarət sərgi ilə də tanış olublar. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar