Həkimlərin imtahan nəticələri açıqlandı
23 İyul 2011 Şənbə 10:39
Həkimlərin imtahan nəticələri açıqlandı. Kardiologiya, revmatologiya və nevropatologiya ixtisasları üzrə sertifikasiya imtahanlarında 96% mütəxəssis uğurlu nəticələr əldə edib.
Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri açıqlanıb. Nazirliyin rəsmi internet saytında yer alan məlumata görə, iyulun 20-də kardiologiya, revmatologiya və nevropatologiya ixtisasları üzrə keçirilən imtahanlarda ümumilikdə 126 həkim iştirak edib. İştirakçılardan 5 həkim 100 bal toplayaraq ən yüksək nəticələri göstərib. Ümumilikdə isə imtahanlarda iştirak edən həkimlərdən 121 (96%) nəfər uğurlu nəticələr əldə edib.
Növbəti test imtahanları ixtisasları üzrə 27.07.2011-ci il tarixində mamalıq-ginekologiya ixtisası üzrə keçiriləcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: