Hafiz Paşayev: İstəyimiz odur ki, cavanlarımız xaricə üz tutmasınlar
11 Sentyabr 2011 Bazar 06:38
Bu il Azərbaycan Diplomatik Akademiyasının magistraturasına 37 tələbə qəbul olunub.
“Bu il Azərbaycan Diplomatik Akademiyasının (ADA) magistr pilləsinə 37 tələbə qəbul olunub. Bu, tələbələrin 30 faizi müxtəlif ölkələri təmsil edir”. Bunu xarici işlər nazirinin müavini, ADA-nın rektoru Hafiz Paşayev AzərTAc-a müsahibəsində deyib.
Hafiz Paşayev bildirib ki, bununla yanaşı, bu il akademiyaya ilk dəfə olaraq bakalavr pilləsi üzrə də tələbə qəbul olunub. Elmin sirlərinə ADA-da yiyələnmək istəyən yüksək bal toplamış 60 tələbə məhz bu ali təhsil ocağını seçib.
“Bir il bundan sonra biz yeni tikilən binaya köçəcəyik və orada təbii ki, artım olacaqdır. Ümumilikdə 2015-2016-cı illərdə ADA-ya 1500-1600 tələbə qəbulunu planlaşdırırq. İstəyimiz odur ki, cavanlarımız xaricə üz tutmasınlar, ADA-da istədikləri bilikləri qazansınlar” - deyə rektor vurğulamışdır.
Hazırda ADA-da tədrisin beynəlxalq əlaqələr və konfliktologiya istiqaməti üzrə aparıldığını qeyd edən Hafiz Paşayev bildirib ki, gələcəkdə akademiyada digər sahələr üzrə də ixtisasların açılması nəzərdə tutulub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: