Gürcüstanın ali məktəblərinə 200-dən çox azərbaycanlı qəbul olub
25 Avqust 2010 Çərşənbə 21:30
Kamandar İsmayılov: "Bu, dövlətin etnik azlıqlara qayğısı və güzəşti sayəsində baş tutub".
Bu il Gürcüstanın ali təhsil ocaqlarına 200-dən çox azərbaycanlı qəbul olub. Bu barədə APA-nın Gürcüstan bürosuna Marneuli Təhsil Resursları Mərkəzinin rəhbəri Kamandar İsmayılov məlumat verib. O bildirib ki, hələlik rəsmi olaraq 174 azərbaycanlı abituriyentin ali məktəblərə qəbul olunduğu açıqlanıb.
“Onlar bir il hazırlıq kurslarında oxuyaraq gürcü dilini tam öyrəndikdən sonra istədikləri ali təhsil ocağında arzu etdikləri ixtisasları seçərək təhsillərinə davam edəcək. Bu, dövlətin etnik azlıqlara qayğısı və güzəşti sayəsində baş tutub. Bizim bildiyimizə görə, 174 nəfərdən başqa hələ imtahan nəticəsi məlum olmayan 40-50 gənc var. Təkcə İvane Cavaxişvili adına Tiflis Dövlət Universitetinə 114 azərbaycanlı qəbul olunub. Ümumilikdə götürsək, gürcü ali məktəblərinə qəbul olan azərbaycanlıların sayı 200-dən çoxdur”, - deyə K.İsmayılov. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: